Alyaska razılaşması ləğv olunur? - Trampdan Putinə HƏMLƏ
Fransada keçirilən Yeddilik Qrupunun (G7) sammitində ABŞ Prezidenti Donald Tramp xarici liderlərə rusiyalı həmkarı Vladimir Putinlə Alyaskanın Ankoric şəhərində keçirilən ikitərəfli görüşdə əldə etdiyi razılaşmalardan imtina edə biləcəyini bildirib.
Redaktor.az xəbər verir ki, bu iddia "Axios" xəbər agentliyinin öz mənbələrinə istinadən dərc etdiyi hesabatda yer alıb.
Məqalədə deyilir: "Zirvə toplantısında iştirak edən iki rəsmi şəxs Trampın Putindən məyus olduğunu bildirib və hətta ABŞ-nin Rusiyanın istənilən razılaşma çərçivəsində Donbasa nəzarət etməsi tələbini qəbul etdiyi Ankoric razılaşmasından imtina edə biləcəyinə işarə edib".
Qeyd edək ki, nəşrin mənbəyinə görə, Trampın şübhəsinə baxmayaraq, digər G7 liderləri onun bu istiqamətdə həqiqətən konkret bir addım atacağına inanmırlar.
Aminə ŞAHSUVARQIZI













