Səudiyyə Ərəbistanı İranın Bəhreynə qarşı dron hücumunu PİSLƏDİ
Səudiyyə Ərəbistanı şənbə günü İranın Bəhreynə qarşı dron hücumunu pisləyib və bunu beynəlxalq hüququn pozulması adlandırıb.
Redaktor.az xəbər verir ki, bu barədə krallığın Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Rəsmi bəyanatda qeyd olunur: "Səudiyyə Ərəbistanı Krallığı bu şənbə səhəri İranın Bəhreyn ərazilərinə bir neçə dronla hücumlarını ən sərt şəkildə pisləyir və qınayır".
Nazirlik həmçinin əlavə edib ki, bu hücumlar beynəlxalq hüququ və BMT Nizamnaməsini kobud şəkildə pozub, həmçinin regional təhlükəsizliyin və sabitliyin bərpası səylərinə ciddi xələl gətirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Manamanın suverenliyini, təhlükəsizliyini və sabitliyini qorumaq üçün gördüyü hər hansı bir tədbiri tam şəkildə dəstəklədiyini bəyan edib.
Aminə ŞAHSUVARQIZI













