İsrailin bir neçə şəhərində hökumət əleyhinə etirazlar KEÇİRİLİR
27 iyun axşamı Təl-Əviv, Qüds, Hayfa və Beer-Şeva şəhərlərində hökumət əleyhinə kütləvi etirazlar keçirilir.
Redaktor.az xəbər verir ki, bu şəhərlərdə keçirilən yürüş və mitinq iştirakçıları ölkədə erkən seçkilərin keçirilməsini və 7 oktyabr 2023-cü ildə Qəzza zolağından İsrailə qarşı silahlı HƏMAS radikallarının hücumunun qarşısının alınmamasını araşdırmaq üçün dövlət komissiyasının yaradılmasını tələb edirlər. Təl-Əvivdə mitinq ənənəvi olaraq şəhərin mərkəzindəki Habima meydanında təşkil olunub.
Təşkilatçıların məlumatına görə, etiraz aksiyası Baş nazir Benyamin Netanyahunun koalisiyasının Knessetin (parlamentin) buraxılması və 2026-cı ilin oktyabrında keçirilməsi gözlənilən seçkilərə hazırlıq məqsədilə həyata keçirdiyi "antidemokratik qanunvericilik blizi" fonunda baş tutur. Təl-Əvivdəki nümayişçilər hakim koalisiyanın artıq çoxluğunu itirdiyini və demokratik oyun qaydalarını dəyişdirmək səlahiyyətinə malik olmadığını iddia edirlər.
"Haaretz" qəzetinin yaydığı digər məlumata görə isə, Qüdsdəki nümayişçilər İsrail prezidenti İsaak Hersoqun iqamətgahının yaxınlığında toplaşıblar və oradan Baş nazirin ofisinin yerləşdiyi Paris meydanına doğru yürüş edirlər. Eyni zamanda Hayfadakı Horev Mərkəzində və Beer-Şevadakı Mişkan qovşağında da mitinqlər davam edir.
Qeyd edək ki, İsrailin şimalındakı Karmiel və Nahariya məhəllələrində də əlavə nümayişlərin və etiraz aksiyalarının keçirilməsi planlaşdırılır.
Aminə ŞAHSUVARQIZI













