İranda hicab qadağası yenidən SƏRTLƏŞDİRİLİR
İranən Mazandaran əyalətinin prokuroru Əli Əkbər Əlişah şənbə günü bildirib ki, məhkəmə işçiləri qadınların "hicabsız və ya qismən çılpaq" şəkildə ictimaiyyət qarşısında görünməsinə qarşı qanunu qətiyyətlə tətbiq etməlidirlər.
Redaktor.az xəbər verir ki, prokuror bu məsələni əyalətin ən vacib ictimai tələbi adlandırıb.
Əlişah Məhkəmə Həftəsi mərasimində çıxış edərkən vurğulayıb ki, bütün məhkəmə işçiləri ictimai çılpaqlıq hallarına və dini dəyərləri təhqir edən və ya sistemi sarsıdan hər hansı bir hərəkətə qarşı qanuni tədbirlər görməyə borcludurlar.
Qeyd edək ki, prokuror bütün məhkəmə işçilərini bu direktivi ciddi şəkildə yerinə yetirməyə çağırıb və ehtiyac yaranacağı təqdirdə, mövzu ilə bağlı əlavə əmrlərin veriləcəyini diqqətə çatdırıb.
Aminə ŞAHSUVARQIZI













