Daha bir azərbaycanlı Ukraynada həlak OLDU
Ukraynada davam edən hərbi əməliyyatlarda daha bir azərbaycanlı həlak olub.
Redaktor.az xəbər verir ki, 1982-ci il təvəllüdlü Abdullayev Vüsal Bəşir oğlu şiddətli döyüşlər zamanı həyatını itirib.
Mərhumun nəşi bu gün Azərbaycana gətirilib. V. Abdullayev doğulduğu Beyləqan rayonunun Birinci Şahsevən kəndində dəfn edilib (Qafqazinfo).













