Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 1 400 nəfəri ötdü

 00:00 28.06.2026     271

İyunun 24-də Venesuelada baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 1 400 nəfəri ötüb.

Redaktor.az xəbər verir ki, bu barədə "ElDiario" portalı Milli Assambleyanın sədri Xorxe Rodrigeslə söhbətinə istinadən məlumat yayıb.

Təqdim olunan məlumatlara görə, rəsmi olaraq 1 430 nəfərin öldüyü təsdiqlənib, daha 3 238 nəfər xəsarət alıb. Bundan əlavə, 3 142 zərərçəkmiş ailə evsiz qalıb və hazırda xüsusi sığınacaqlarda yardım alır.

Vumart və Güvən reklamı Vumart Güvən