ABŞ öz öhdəliklərinə heç bir dəyər vermir - İran XİN

 09:07 28.06.2026     302

ABŞ öz öhdəliklərinə heç bir dəyər vermir.

Redaktor.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyi bu gün səhər saatlarında ABŞ-ın ölkənin cənub sahillərində yerləşən bir neçə müşahidə və nəzarət obyektinə endirdiyi hava zərbələrini kəskin pisləyib və bunu BMT Nizamnaməsinin, eləcə də müharibənin dayandırılmasına dair memorandumun pozulması kimi qiymətləndirib.

Nazirlik ABŞ-ni öhdəliklərini pozmaqda ittiham edərək bildirib ki, bu hücumlar ABŞ-ın üzərinə götürdüyü öhdəliklərə heç bir dəyər və etibar vermədiyini göstərir.

İran Xarici İşlər Nazirliyi, həmçinin vurğulayıb ki, İran BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, hər hansı hərbi təcavüzə qarşı öz milli suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək hüququna malikdir.

Vumart və Güvən reklamı Vumart Güvən