İran və Rusiya arasında müharibədən sonra ilk uçuş
İranın "Pouya Air" aviaşirkəti iyunun 28-də Rəşt və Həştərxan arasında müntəzəm uçuşları bərpa edib.
Redaktor.az xəbər verir ki, bu barədə Gilan əyalət hava limanının direktoru Möhsün Mirhüseyni məlumat verib.
M.Mirhüseyni IRNA agentliyinə verdiyi müsahibədə bildirib ki, Rəşt-Həştərxan marşrutuna yüksək tələbat və sərnişin marağı səbəbindən aviaşirkət bu gündən etibarən sözügedən istiqamət üzrə müntəzəm reyslərin icrasına yenidən başlayıb. Hava limanının rəhbəri həmçinin əlavə edib ki, Rəşt-Həştərxan uçuşları həftədə iki dəfə – bazar və bazar ertəsi günləri – gün ərzində gediş-dönüş olmaqla həyata keçiriləcək.
Aeroport direktoru xatırladıb ki, Rəştdən Həştərxana sonuncu uçuş 2025-ci ilin iyun ayında, bölgədə baş verən 12 günlük müharibədən əvvəl reallaşdırılmışdı.
Aminə ŞAHSUVARQIZI













