Roma Papası Venesuelada baş verən zəlzələ ilə bağlı başsağlığı verdi
Papa XIV Leo "insanların həyatına son qoyan və əhəmiyyətli dağıntılara səbəb olan" zəlzələ ilə əlaqədar Venesuela xalqına başsağlığı verib.
Redaktor.az xəbər verir ki, bu barədə Katolik Kilsəsinin rəhbəri ənənəvi bazar günü moizəsinin sonunda məlumat verib.
Roma Papası ispan dilində etdiyi çıxışında zəlzələdən zərərçəkənlərə dəstəyini ifadə edib: "Bu dəhşətli zəlzələdən əziyyət çəkən və təsirlənən hər kəsə mənəvi yaxınlığımı, eləcə də bu çətin anda kömək edənlərə minnətdarlığımı bildirirəm". Qeyd olunub ki, Papa daha əvvəl Venesuelaya "Papal Graces Office" (Xeyriyyə Nazirliyinin Dicastery) vasitəsilə 100 000 avro yardım ayırıb.
Xatırladaq ki, Venesuelada iyunun 24-ü axşam saatlarında 40 saniyə ara ilə 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ baş verib. Episentri Yaracuy əyalətində yerləşən yeraltı təkanlardan sonra 300-ə yaxın afterşok qeydə alınıb. Son məlumatlara görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 1400 nəfərə çatıb.
Aminə ŞAHSUVARQIZI













