Amerikanın F-16-ları Ukrayna səmasında MiQ-29-u əvəzləyə bilmədi

 15:07 28.06.2026     335

Ukraynaya çatdırılan Amerika istehsalı F-16 qırıcı təyyarələri MiQ-29-ları əvəz edə bilməyib.

Redaktor.az xəbər verir ki, bu barədə "Military Watch Magazine" (MWM) jurnalı Rusiya Silahlı Qüvvələrinin Nikolayev bölgəsindəki aerodroma endirdiyi zərbəni şərh edərkən məlumat yayıb.

Nəşrin qeyd etdiyinə görə, qabaqcıl "AIM-120D" və ya "AIM-260" raketləri ilə təchiz olunmuş müasir "F-16 Block 70/72" qırıcıları Rusiya aviasiyası üçün ciddi təhlükə yarada bilərdi. Bununla belə, məqalədə vurğulanıb ki, Ukraynaya təhvil verilən F-16-lar köhnəlmiş Soyuq Müharibə dövrünün modelləridir və MiQ-29-lardan daha çox sayda əldə etmək imkanından başqa heç bir üstünlük təklif etmir.

Xatırladaq ki, iyunun 27-də Rusiya Müdafiə Nazirliyi Nikolayev bölgəsindəki Voznesensk aerodromunda "Geran-4 Seeker" PUA-sından istifadə etməklə Ukrayna Silahlı Qüvvələrinə məxsus iki ədəd MiQ-29 təyyarəsinin məhv edildiyini açıqlayıb.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən