Xameneinin yas məkanı zəbt edildi - Ziyarətgah bağlandı
Əli Xameneinin öldürüldüyü yerin yaxınlığında qurulan yas mərasimi radikal qrupların müdaxiləsindən sonra bağlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə İslam Respublikasının qurucusu Ruhullah Xomeyninin ailəsinə yaxınlığı ilə bilinən "Jamaran" xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, kəfən geyinən ultra-sərt xətt tərəfdarlarının ərazini üç günlük oturaq aksiyaya çevirməsi və məkana basqın etməsi ciddi narazılığa səbəb olub. Bu hadisə İranın loyal düşərgəsində öldürülmüş liderin xatirəsindən necə istifadə ediləcəyi ilə bağlı genişlənən fikir ayrılıqlarını və uçurumu üzə çıxarıb. "Rəvaq Keşvərdoust" kimi tanınan və Xameneinin qətlindən sonra Tehranın mərkəzində ziyarətgaha bənzər bir ibadət məkana çevrilən bu yer, təşkilatçılar tərəfindən fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.
Təşkilatçıların bildirdiyinə görə, Aşura günü (25 iyun) Məşhəddən gələn bir qrup "kəfən-puşan" (kəfən geyinənlər) "öldürülmüş liderin qanının qisasını almaq" şüarı altında ərazini zəbt etdiyi üçün məkan tamamilə qapadılıb.
Aminə ŞAHSUVARQIZI













