"Amerika tarixində belə korrupsiya görünməyib!" - Bayden Trampı tənqid ETDİ

 15:35 28.06.2026     275

ABŞ-nin keçmiş prezidenti Co Bayden Donald Tramp administrasiyasını "ciddi korrupsiya"da ittiham edib və respublikaçı lideri sərt şəkildə tənqid edib.

Redaktor.az xəbər verir ki, bu barədə "CNN" telekanalı məlumat yayıb.

Co Bayden Merilenddə keçirilən Demokratların Milli Konqresindəki çıxışında Tramp hakimiyyətinə qarşı ağır ittihamlar səsləndirib: “Bu, korrupsiyadır, korrupsiyadır, həyasızcasına, açıq-aşkar korrupsiyadır. Amerika tarixində heç bir administrasiya dövründə görünməmiş miqyasda korrupsiya baş verir. Tramp Ağ Evə qayıtdıqdan bəri milyardlarla dollar qazanıb”.

Keçmiş dövlət başçısı vurğulayıb ki, Trampın yenidən prezident olmaq istəməsinin əsas səbəblərindən biri məhz bu vəzifədən pul qazanmaq amilidir. Çıxışı zamanı Bayden rəqibinin bəzi layihələrini "boşboğazlıq" adlandıraraq ona Ağ Evin Şərq Qanadını sökmək, bal zalı üçün yer yaratmaq, Kennedi Mərkəzinə öz adını vermək və öz şərəfinə tağ ucaltmaq planlarını xatırladıb.

"Vay! Necə də uduzan birisən", – deyə Bayden fikirlərini yekunlaşdırıb.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən