Donald Tramp nazirlə birgə Lafayet meydanında: Bərpa işlərini yoxladılar
ABŞ Prezidenti Donald Tramp Daxili İşlər Naziri Duqlas Burqum ilə birlikdə Ağ Evin yaxınlığındakı Lafayet meydanında gəzintiyə çıxıb və ərazidəki bərpa işlərini yoxlayıb. Bu barədə ABŞ Prezidentinin köməkçisi Marqo Martin məlumat yayıb.
Redaktor.az xəbər verir ki, bu barədə prezidentin köməkçisi özünün X sosial şəbəkə hesabında paylaşım edib.
M.Martin paylaşdığı videonun alt yazısında dövlət başçısı və nazirin gəzintisinə diqqət çəkib: "Prezident Donald Tramp və Daxili İşlər Naziri Duqlas Burqum son bərpa işlərini şəxsən yoxlamaq üçün Lafayet meydanında gəzirlər".
Görüntülərdə rəsmi şəxslərin meydandakı yenidənqurma və infrastruktur işlərinin gedişatı ilə yaxından maraqlandığı əks olunub.
Aminə ŞAHSUVARQIZI













