"ABŞ administrasiyasının nümayəndələrinin Rusiyaya səfəri gözlənilir" - Putin

 09:04 29.06.2026     246

Rusiya Prezidenti Vladimir Putin ABŞ administrasiyasının nümayəndələrinin Rusiyaya səfərinin gözlənildiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, Putin bu barədə jurnalist Pavel Zarubinə açıqlamasında danışıb.

O bildirib ki, Rusiya ABŞ nümayəndələrinin səfərini gözləyir və tərəflər arasında danışıqların davam etdirilməsinə hazırdır.

Putin səfərin mümkün vaxtı və gündəliyi ilə bağlı əlavə məlumat verməyib.

Qeyd edək ki, məsələ ilə bağlı hələlik ABŞ tərəfindən rəsmi açıqlama verilməyib.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən