Tətilinizi korlaya biləcək 4 səhv - XƏBƏRDARLIQ
Üç ildən çoxdur Asiyada yaşayan rusiyalı səyahət bloqçusu Yekaterina turistlərin tətilini korlaya biləcək beş ən geniş yayılmış səhvi açıqlayıb.
Redaktor.az xəbər verir ki, bloqçu bu haqda sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, ən böyük səhvlərdən biri internet bağlantısı olmadan səfərə çıxmaqdır. Bloqçu bildirib ki, internet olmadıqda taksi çağırmaq, xəritədən istifadə etmək, qalacağın məkanın sahibi ilə əlaqə saxlamaq və yaxınlarına xəbər vermək çətinləşir. Buna görə də o, səfərdən əvvəl "eSIM" əldə etməyi tövsiyə edir.
Yekaterina ikinci ciddi səhvin səyahət sığortasından imtina etmək olduğunu deyib. O, sığortası olmadığı üçün müalicəyə külli miqdarda pul xərcləyən turistlərlə bağlı çoxsaylı hadisələrə şahid olduğunu vurğulayıb.
Bloqçu üçüncü səhv kimi günəşdən qoruyucu kremdən (SPF) istifadə etməməyi göstərib. Onun sözlərinə görə, xüsusilə Bali kimi tropik ölkələrdə günəş şüaları çox güclü olduğundan turistlər qısa müddətdə ciddi günəş yanıqları ala bilirlər.
Yekaterina həmçinin müvafiq – A kateqoriyalı sürücülük vəsiqəsi olmadan motosiklet idarə etməyin də təhlükəli olduğunu bildirib. O qeyd edib ki, belə hallarda həm polis problemləri yarana, həm də qəza baş verərsə, sığorta şirkəti xərcləri ödəməkdən imtina edə bilər.
Səyahətçi hesab edir ki, sadə görünən bu məsləhətlərə əməl etmək turistlərin həm təhlükəsiz, həm də rahat istirahət etməsinə kömək edəcək.
Aytəkin TOFİQQIZI













