Lukaşenko və Si Cinpin görüşü başa ÇATDI
Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Çin lideri Si Cinpin arasında Pekində keçirilən görüş üç saatdan çox davam edib.
Redaktor.az xəbər verir ki, bu barədə "Pul Pervogo" teleqram kanalı məlumat yayıb.
Məlumata görə, iki ölkə lideri siyasi, iqtisadi və ikitərəfli əməkdaşlığın perspektivləri ətrafında geniş fikir mübadiləsi aparıblar.
"Belarus və Çin liderləri arasında söhbət üç saatdan çox davam edib", – məlumatda bildirilib.
Görüşün yekunları və əldə olunan razılaşmalarla bağlı hələlik rəsmi açıqlama verilməyib.
Aytəkin TOFİQQIZI













