Münaqişə Avropa şəhərlərinə qədər yayıla bilər - Karlson

 22:18 29.06.2026     323

ABŞ-li jurnalist Taker Karlson Ukraynadakı münaqişənin gələcəkdə Avropa ilə Rusiya arasında silahlı qarşıdurmaya çevrilə biləcəyi barədə xəbərdarlıq edib.

Redaktor.az xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

Karlsonun sözlərinə görə, Avropa ölkələri belə bir təhlükəni nəzərə almırlar. O bildirib ki, mümkün silahlı münaqişə avropalıların övladlarının təhsil aldığı şəhərləri də əhatə edə bilər, lakin buna baxmayaraq, bu risk lazımi səviyyədə qiymətləndirilmir.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən