İranlı kontr-admiral qəzada ÖLDÜ
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrində (HDQ) ali liderin nümayəndəsinin müavini, kontr-admiral Məhəmməd Əkbərzadə ölkənin cənub-şərqində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.
Redaktor.az bu barədə İranın İRİB dövlət teleradioşirkətinə istinadən xəbər verir
Məlumata əsasən, hərbi rəsmini aparan avtomobil Kirman əyalətinin yollarından birində aşıb. Kontr-admiral xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən dünyasını dəyişib.













