Artıq Ağ Evin qapısında OLACAQ

 09:24 30.06.2026     262

ABŞ Prezidenti Donald Tramp Ağ Evə əlavə olunan yeni hədiyyəni paylaşıb.

Redaktor.az xəbər verir ki, o bu barədə “Truth Social” hesabında açıqlama yayıb.

“250 illik yubiley münasibətilə Ağ Evə qızıl hədiyyə!” - sözlərini yazıb.

Paylaşımda Ağ Evin fasadında qızılı rəngdə ABŞ-nin milli simvolu olan qartal emblemi əks olunub.

Tramp paylaşımında hədiyyənin kimə məxsus olduğu haqda əlavə məlumat verməyib.

Qeyd edək ki, ABŞ-nin 250 illik yubileyi iyulun 4-də qeyd olunacaq.

 

Vumart və Güvən reklamı Vumart Güvən