Kreml Rusiyanın yanacaq aldığı ölkələrin adlarını AÇIQLAMAYACAQ
Kreml Rusiyanın potensial yanacaq idxalı ilə bağlı hansı ölkələrlə təmasda olduğunu açıqlamayacaq.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Kremlin sözçüsü məlum səbəblərdən bu barədə danışmayacaqlarını deyərək əlavə edib ki, məsələlər həll olunacaq.
Xatırladaq ki, Ukraynanın Rusiyanın enerji infrastrukturuna irimiqyaslı dron hücumları ölkədə yanacaq qıtlığına səbəb olub.













