Sərnişin təyyarəsi eniş zamanı PUA ilə TOQQUŞDU
ABŞ-də sərnişin təyyarəsi eniş zamanı pilotsuz uçuş aparatı (PUA) ilə toqquşub.
Redaktor.az xəbər verir ki, bu barədə "Sky News" telekanalı ATC.com platformasında yayımlanan hava dispetçerləri ilə pilotlar arasındakı danışıqlara istinadən məlumat yayıb.
Məlumata görə, hadisə Nyu-York şəhərində eniş edən Airbus A321 tipli sərnişin təyyarəsinin pilotsuz uçuş aparatı ilə toqquşması nəticəsində baş verib.
Hadisənin hansı şəraitdə baş verdiyi və toqquşmanın təyyarəyə vurduğu ziyanın miqyası barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
NURİYYƏ













