Paltaryuyan maşının içinə girən 3 yaşlı uşaq huşunu İTİRDİ

 17:28 30.06.2026     339

Tailandda 3 yaşlı qız oyun zamanı paltaryuyan maşının içinə girərək orada köməksiz vəziyyətdə qalıb və huşunu itirib.

Redaktor.az xəbər verir ki, bu barədə "Channel 8" telekanalı məlumat yayıb.

Hadisə ölkənin Phanqnqa əyalətində baş verib. Məlumata görə, azyaşlı qız quru sıxma rejimi üçün nəzərdə tutulmuş paltaryuyan maşının çəninə girib, lakin oradan çıxa bilməyib. O, iki saatdan çox maşının içində qalıb.

Hadisə yerinə əvvəlcə xilasedicilər, daha sonra isə həkimlər cəlb olunub. Xilasedicilər uşağa xəsarət yetirməmək üçün paltaryuyan maşının çənini tamamilə sökərək ehtiyatla kəsiblər. Qız xilas edildikdən sonra həkimlər ona ilkin tibbi yardım göstərib və oksigen dəstəyi veriblər.

Qızın nənəsinin sözlərinə görə, hadisə zamanı o, uşaqlarla birlikdə evdə olub, valideynləri isə fabrikdə işləyirmiş. Hazırda azyaşlının vəziyyəti həkimlərin nəzarətindədir və onun həyatına təhlükə olmadığı bildirilir.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən