Yunanıstan meşə yanğınlarına qarşı ilkə imza ATDI

 17:46 30.06.2026     211

Yunanıstan meşə yanğınlarının erkən aşkarlanması məqsədilə nanosputniklərdən istifadə edən dünyada ilk ölkə olub.

Redaktor.az xəbər verir ki, bu barədə Euronews telekanalı məlumat yayıb.

Məlumata görə, artıq dörd nanosputnik istismara verilib. Onlar yanğın ocaqlarını aşkar etdikdə qısa müddət ərzində yanğınsöndürmə xidmətlərinə xəbərdarlıq göndərir.

Nanosputniklər Almaniyanın OroraTech aerokosmik şirkəti tərəfindən hazırlanıb və bu ilin may ayında orbitə çıxarılıb. Qurğular istilik sensorları və süni intellekt texnologiyası vasitəsilə ölçüsü 4 metrə qədər olan yanğın ocaqlarını müəyyən edə bilir. Adi peyklər isə əsasən daha iri yanğınları qeydə alır.

Qeyd olunur ki, Yunanıstanda meşə yanğınları mövsümü hər il mayın 1-dən oktyabrın 31-dək davam edir.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən