Kavelaşvili də Xameneinin dəfninə GEDİR
Gürcüstan Prezidenti Mixail Kavelaşvili İranda Ayətullah Əli Xameneinin dəfn mərasimində iştirak edəcək.
Redaktor.az xəbər verir ki, bunu Gürcüstanın Prezident Administrasiyası təsdiqləyib. Kavelaşvili mərasimdə Türkiyə, Azərbaycan, Ermənistan və digər regional ölkələrin liderləri ilə birlikdə iştirak edəcək.
Vida mərasimi iyulun 4-ü səhər Tehranda başlayacaq və iyulun 5-i axşamına qədər davam edəcək. Dəfn mərasimi iyulun 9-da Məşhəddə keçiriləcək.













