Tanınmış türkiyəli müğənninin qardaşı həbs EDİLDİ

 02:01 01.07.2026     276

İstanbul Anadolu Respublika Baş Prokurorluğunun Şile Bələdiyyəsinə qarşı apardığı istintaq çərçivəsində növbəti əməliyyat keçirilib.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

İstintaq çərçivəsində Şile Bələdiyyə sədri Özgür Kabadayının rəhbərlik etdiyi iddia olunan cinayətkar qruplaşma ilə bağlı keçirilən əməliyyat zamanı saxlanılan 17 şübhəlidən 13-ü barəsində həbs qətimkan tədbiri seçilib, dörd nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Şübhəlilər "cinayətkar təşkilat yaratmaq və ona üzv olmaq", "rüşvətalma", "hədə-qorxu yolu ilə pul tələbetmə" və "tender saxtakarlığı" kimi ittihamlarla üzləşiblər.

Həbs edilənlər arasında tanınmış müğənni Haluk Leventin qardaşı Berkant Acil də var. Məhkəmənin qərarı ilə o da həbsxanaya göndərilib.

Vumart və Güvən reklamı Vumart Güvən