Təxminən 1 milyon insan yoxsulluğa sürüklənə bilər - BMT-dən XƏBƏRDARLIQ

 09:09 01.07.2026     312

Konqo Demokratik Respublikasında (KDR) yayılan Ebola epidemiyası ölkədə təxminən 1 milyon insanı daha yoxsulluq həddinə sala bilər.

Redaktor.az xəbər verir ki, bu barədə BMT-nin İnkişaf Proqramının (UNDP) Konqo Demokratik Respublikası üzrə daimi nümayəndəsi Damien Mama Cenevrədə keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu həftəyə olan məlumata əsasən, Konqo Demokratik Respublikası və Uqandada Ebola ilə bağlı 1400-dən çox yoluxma və 350 ölüm faktı təsdiqlənib. Yoluxma hallarının sayı artmaqda davam edir.

Damien Mama qeyd edib ki, təsdiqlənmiş yoluxmaların 90 faizindən çoxu ölkənin mühüm ticarət mərkəzlərindən biri olan İturi əyalətində qeydə alınıb.

O bildirib ki, son hesablamalara görə, əhalisinin 60 faizinin yoxsulluq həddində yaşadığı Konqo Demokratik Respublikasında epidemiya daha 1 milyon insanı yoxsulluğa sürükləyə bilər. Bundan əlavə, Ebola epidemiyasının Afrika iqtisadiyyatına 3,6 milyard dollara qədər zərər vuracağı və 300 mindən çox iş yerini risk altına salacağı proqnozlaşdırılır.

BMT rəsmisi vurğulayıb ki, epidemiya nəzarət altına alınsa belə, Konqo Demokratik Respublikası 1 milyard dollardan çox gəlir və təxminən 55 min iş yeri itirə bilər. Bu isə Afrika qitəsinin ümumi daxili məhsulunun 2,37 milyard dollar azalmasına səbəb ola bilər.

Damien Mama əlavə edib ki, epidemiya nəticəsində insanlar işlərini itirir, bazarlar zəifləyir və ağır vəziyyətdə qalan bəzi ailələr məcburiyyətdən izolyasiya qaydalarını pozurlar. Onun sözlərinə görə, bu səbəbdən Ebola ilə mübarizədə yalnız tibbi tədbirlər kifayət etmir.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən