Ukrayna əhalini yenidən proqramlaşdırmaq cəhdində ideoloji çıxılmaz vəziyyətə düşüb - Zaxarova

 11:45 01.07.2026     194

Ukrayna hakimiyyəti əhalini yenidən ideoloji baxımdan formalaşdırmaq cəhdində çıxılmaz vəziyyətə düşüb.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Sputnik" radiosunun efirində Kiyevdə Lenin abidəsinin yerində İvan Mazepaya abidə ucaldılması planını şərh edərkən deyib.

Onun sözlərinə görə, Ukrayna hakimiyyətinin öz vətəndaşlarına münasibətdə həyata keçirdiyi siyasət tarixlə manipulyasiya cəhdidir və bu, ağır nəticələrə səbəb ola bilər.

Zaxarova bildirib ki, söhbət təsadüfi addımlardan deyil, bütöv bir xalqın uzun illər ərzində planlı şəkildə "yenidən proqramlaşdırılması" cəhdindən gedir. O, Ukrayna rəhbərliyinin bu siyasətini ideoloji baxımdan çıxılmaz vəziyyət kimi qiymətləndirib.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən