"Elə bilirdim, onun yuxusunu qaçıran yeganə şey qadındır" - Zaxarovadan Rutteyə CAVAB

 17:47 01.07.2026     197

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova NATO baş katibi Mark Ruttenin Rusiyaya görə yata bilməməsi ilə bağlı sözlərinə istehza ilə münasibət bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə o, jurnalistlərə söyləyib.

“Mən elə bilirdim ki, Ruttenin yuxusunu qaçıran yeganə şey qadındır”, - Zaxarova qeyd edib.

NATO baş katibinin müzakirələrə səbəb olan açıqlaması aşağıdakı kimidir:

“Adətən gecələr yatmağa çalışıram. Amma məni yuxusuz qoyan bir şey varsa, o da Rusiyadır. Çin də hərbi potensialını sürətlə artırır, onun 2030-cu ilə qədər 1000 nüvə başlığına sahib olacağı gözlənilir. Buna görə də Çinlə bağlı da sadəlövh olmamalıyıq. Amma uzunmüddətli perspektivdə üzləşdiyimiz əsas təhdid yenə də Rusiyadır”.

Vumart və Güvən reklamı Vumart Güvən