Əsl Avropa liderləri Rusiyanı tərəfdaş kimi görmək istəyirlər - Kirill Dmitriyev

 23:11 01.07.2026     344

Rusiya Birbaşa İnvestisiya Fondunun (RFPI) rəhbəri və Rusiya Prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev əsl Avropa liderlərinin Rusiya ilə tərəfdaşlığa can atdıqlarını bildirib.

Redaktor.az xəbər verir ki, o, bu fikri "X" sosial şəbəkəsində paylaşdığı yazıda ifadə edib.

“Sol yönümlü saxta narrativlər dağıldıqca ayılma prosesi baş verir. Əsl Avropa liderləri və Avropa xalqları Rusiyanı tərəfdaş kimi görmək istəyirlər”, – deyə Dmitriyev yazıb.

O, bu sözlərlə Almaniyanın sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının həmsədri Tino Xrupallanın Avropanın Rusiyanın da tərəfdaş olduğu yeni “sabitlik nizamına” ehtiyac duyduğunu bildirdiyi açıqlamaya münasibət bildirib.

Qeyd edək ki, daha əvvəl Almaniya kansleri Otto fon Bismarkın nəslindən olan Aleksandr fon Bismark Rusiya ilə Avropa arasında müharibə ehtimalını dəyərləndirmişdi.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən