50 illik evlilik yubileyini qeyd edən cütlüklərə pul VERİLƏCƏK

 09:28 02.07.2026     424

Moskva vilayətində 50 il evli olan cütlüklərə birdəfəlik pul ödənişi ediləcək.

Redaktor.az xəbər verir ki, bu barədə Moskva vilayətinin Sosial İnkişaf Nazirliyinə istinadən məlumat yayılıb.

Məlumata görə, 50 illik evlilik yubileyini qeyd edən ailələrə 5 min rubl məbləğində ödəniş nəzərdə tutulub. Sonrakı hər növbəti yubiley ili üçün isə məbləğ artırılacaq. Belə ki, 55 il evli olanlara 6 min rubl, 60 il birlikdə yaşayanlara 7 min rubl, 65 illik evlilik yubileyini qeyd edənlərə isə 8 min rubl veriləcək.

Nazirlikdən bildirilib ki, bu dəstək tədbirindən indiyədək 5 503 ailə yararlanıb.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən