Ukrayna NATO-ya üzvlük hədəfindən imtina etməyib

 10:21 02.07.2026     249

Ukrayna NATO-ya üzvlük hədəfini qoruyub saxlayır və alyansa qoşulmağı ölkənin strateji məqsədi hesab edir.

Redaktor.az xəbər verir ki, bunu Ukraynanın NATO yanında daimi nümayəndəsi Alyona Hetmançuk "Avropa Həqiqəti" nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukraynanın NATO-ya üzvlüyü ölkə Konstitusiyasında təsbit olunub və bu məqsəd əhalinin əksəriyyəti tərəfindən dəstəklənir. Hetmançuk bildirib ki, getdikcə daha çox NATO üzvü Ukraynanın alyansa qəbul edilməsinin təşkilatın maraqlarına uyğun olduğunu anlayır.

Diplomat vurğulayıb ki, hazırkı şəraitdə NATO-ya üzvlük həm də Ukraynanın suverenliyi məsələsidir:

"Bizim gələcəyimizi və hansı alyanslara qoşulacağımızı özümüz seçmək hüququmuz var. Ukraynanın gələcək NATO üzvlüyünün qaçılmaz və geri dönməz bir proses kimi qəbul edilməsi üçün əlimizdən gələni edirik", – deyə o bildirib.

Hetmançuk hesab edir ki, Ukrayna münaqişə başa çatdıqdan bir neçə il sonra NATO-ya üzv ola bilər. Onun fikrincə, alyansın razılığı əldə ediləcəyi təqdirdə bu qərar qısa müddətdə qəbul oluna bilər.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən