"Rusiyanın maraqlarını Ermənistandan üstün tuta bilmərik" - Paşinyan

 13:22 02.07.2026     192

“Biz heç vaxt Ermənistanla Rusiya arasında münasibətlərdə böhran yaratmaq məqsədi güdməmişik və gələcəkdə də belə bir məqsədimiz olmayacaq. Biz yalnız ölkəmizin maraqları çərçivəsində hərəkət edirik”.

Redaktor.az xəbər verir ki, bunu İrəvanda Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenlə görüşündə Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Baş nazirin iddiasına görə, Ermənistan heç bir beynəlxalq tərəfdaşının maraqlarını görməzdən gəlmir.

“Amma digər tərəfdən, heç bir tərəfdaşın maraqlarını da Ermənistanın maraqlarından üstün tuta bilmərik”.

Paşinyan əlavə edib ki, Ermənistan tam və səmimi şəkildə Avropa İttifaqı standartlarına uyğunlaşdıqda, bu, ölkəyə Avropa İttifaqının tamhüquqlu üzvünə çevrilmək imkanı verəcək.

Vumart və Güvən reklamı Vumart Güvən