Pezeşkian Xameneinin vida mərasimləri ərəfəsində xalqa müraciət ETDİ

 14:18 02.07.2026     203

İran Prezidenti Məsud Pezeşkian Ayətullah Xameneinin vida və dəfn mərasimləri ərəfəsində xalqa müraciət edib.

Redaktor.az xəbər verir ki, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian İslam İnqilabının lideri Ayətullah Seyid Əli Xameneinin vida və dəfn mərasimləri ərəfəsində xalqa müraciət ünvanlayıb.

Məlumata görə, prezident çıxışında mərhum liderin adının və ideyalarının İran xalqının tarixi yaddaşında əbədi qalacağını bildirib. O qeyd edib ki, bu günlərdə xalq bir daha öz liderinin ideallarına və yoluna sadiqliyini nümayiş etdirəcək.

Pezeşkian vurğulayıb ki, Ayətullah Xameneinin ömrü boyu müdafiə etdiyi müstəqillik və müqavimət ideyaları xalqın iradəsi ilə davam etdiriləcək və bu “bayraq” heç vaxt yerə düşməyəcək.

Dövlət başçısı həmçinin hazırkı dövrü İran tarixində mühüm mərhələlərdən biri kimi dəyərləndirib, Xameneini müqavimət hərəkatının simvolu və yorulmaz mücahid kimi xarakterizə edib.

Sonda prezident bildirib ki, mərhum liderin ideoloji irsi təkcə İran xalqı deyil, həm də dünya üzrə azadlıqsevər insanlar tərəfindən yadda saxlanacaq.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən