Rusiya rəsmisindən Almaniya kanslerinə sərt ÇAĞIRIŞ
Rusiya Prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi Kirill Dmitriyev Almaniya kansleri Fridrix Mertsi hökumətin səhvlərini etiraf etməyə çağırıb.
Redaktor.az-ın məlumatına görə, Rusiya rəsmisi sosial media hesabında paylaşdığı açıqlamada bildirib ki, Almaniya mövcud siyasi kursunu dəyişməlidir.
Dmitriyevin sözlərinə görə, əks halda bu dəyişikliyi müxalifətdə olan "Almaniya üçün Alternativ" (AfD) Partiyası həyata keçirəcək.
Rusiyalı rəsmi həmçinin qeyd edib ki, Almaniyanın hazırda ən çox ehtiyac duyduğu şey rasional siyasətdir.
Aytəkin TOFİQQIZI













