Tehranda Xameneinin dəfn mərasimi üçün çadırlar quruldu - VİDEO

 16:48 02.07.2026     239

Tehranda Xameneinin dəfn mərasimi üçün çadırlar qurulub.

Redaktor.az xəbər verir ki, bununla belə, İran ordusunun sözçüsü Məhəmməd Əkrəminia mərhum Ali Rəhbər Əli Xameneinin dəfn mərasimi ərəfəsində ölkənin quru və dəniz sərhədlərində təhlükəsizlik tədbirlərinin artırıldığını açıqlayıb.

Məlumata görə, tədbirlər çərçivəsində sərhəd bölgələrində qüvvələrin gücləndirilməsi, eləcə də dənizdə monitorinq və hava hücumundan müdafiə sistemləri üzrə nəzarətin intensivləşdirilməsi həyata keçirilir.

Sözçü bildirib ki, bu addımlar planlaşdırılan mərasimlərin təhlükəsiz və sabit şəraitdə keçirilməsini təmin etmək məqsədi daşıyır.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən