Suriya və Livan arasında razılaşma imzalandı

 18:10 02.07.2026     247

Livan və Suriya arasında razılaşma imzalanıb.

Redaktor.az xəbər verir ki, razılaşmada əməkdaşlıq, hər iki dövlətin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət, hər iki dövlətin bərabərliyi və bir-birlərinin daxili işlərinə müdaxilə etməmək prinsipləri əsas götürülüb.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Suriyanın “Hizbullah”a qarşı mübarizə aparmasına dair çağırış edib.

Suriya Prezidenti Əhməd əş-Şaraa isə ölkəsinin Livana hərbi müdaxilə etmək planlarının olduğunu təkzib edib.

Vumart və Güvən reklamı Vumart Güvən