Şavkat Mirziyoyev Gürcüstanda səfərdədir

 18:00 02.07.2026     182

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Gürcüstana dövlət səfəri edib.

Redaktor.az xəbər verir ki, Özbəkistan dövlət başçısını Tbilisi Beynəlxalq Hava Limanında Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili qarşılayıb.

Şavkat Mirziyoyev səfər çərçivəsində Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidze ilə görüşəcək.

Tərəflər arasında müxtəlif sahələr üzrə sazişlər və qarşılıqlı anlaşma memorandumları imzalanacaq.

Özbəkistan lideri Tbilisidə böyük özbək şairi Əlişir Nəvainin heykəlinin açılış mərasimində də iştirak edəcək.

Vumart və Güvən reklamı Vumart Güvən