100 ölkədən rəsmi nümayəndə gözlənilir - İran XİN-dən AÇIQLAMA
İran XİN mərhum Ali Rəhbərin dəfn mərasimi ilə bağlı açıqlama verib.
Redaktor.az xəbər verir ki, İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi IRIB-ə müsahibəsində İslam İnqilabının lideri Əli Xameneinin vida və dəfn mərasiminin təkcə İran üçün deyil, həm də region və dünya müsəlmanları üçün mühüm hadisə olduğunu bildirib.
Məlumata görə, mərasimə dünyanın təxminən 100 ölkəsindən yüksək vəzifəli şəxslərin, ictimai-siyasi xadimlərin və müxtəlif nümayəndə heyətlərinin qatılması gözlənilir. Bildirilib ki, vida mərasimi cümə günü saat 08:00-da başlayacaq və 12:00-dək davam edəcək.
Xarici nümayəndələr üçün xüsusi proqramın isə saat 13:30–14:00 aralığında təşkil olunacağı qeyd olunub.













