ABŞ strateji bombardmançılarını Britaniyadan ÇIXARDI

 17:52 02.07.2026     182

ABŞ Hərbi Hava Qüvvələri Böyük Britaniyadakı irəli əməliyyat bazası olan Fairford Hərbi Hava Bazasından bütün B-52H Stratofortress strateji bombardmançılarını çıxarıb.

Redaktor.az xəbər verir ki, bu barədə The War Zone məlumat yayıb.

Nəşrin məlumatına görə, son altı təyyarə üç təyyarədən ibarət iki qrup halında Britaniyadakı bazanı tərk edərək ABŞ-dəki daimi dislokasiya məntəqələrinə qayıdıb.

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı zamanı Fairford bazasında 15 B-1B Lancer və səkkiz B-52H Stratofortress bombardmançısı yerləşdirilmişdi. Onlardan İranın əsas obyektlərinə, o cümlədən ballistik raketlərin və pilotsuz uçuş aparatlarının saxlanıldığı və istehsal olunduğu mühafizə olunan məkanlara zərbələr endirmək üçün istifadə olunub.

Hazırda Böyük Britaniyadakı bazada ABŞ-yə məxsus B-1B Lancer strateji bombardmançılarından ibarət qrup qalmaqda davam edir.

Bununla paralel olaraq, son beş ay ərzində İordaniyada yerləşdirilən 15 ABŞ F-15E Strike Eagle qırıcısı Britaniyadakı RAF Lakenheath aviabazasına geri qayıdıb.

Vumart və Güvən reklamı Vumart Güvən