Paşinyan Xameneinin vida mərasiminə getdi

 09:31 03.07.2026     220

Tehranda İranın ali lideri Ayətullah Əli Xameneinin vida mərasimi başlayıb. Bir neçə gün davam edəcək mərasimdə dünyanın müxtəlif ölkələrindən yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı gözlənilir.

Redaktor.az xəbər verir ki, ABŞ və İsrailin birgə zərbəsi nəticəsində həyatını itirdiyi bildirilən İranın ali lideri Əli Xameneinin cənazəsi bu gün səhər saatlarında Tehrana gətirilib və paytaxtda onunla vida mərasimi rəsmən start götürüb.

Məlumata görə, Ermənistanın Baş naziri Nikol Paşinyan da matəm tədbirlərində iştirak etmək üçün Tehrana səfər edib. Ümumilikdə, vida mərasimində 100-ə yaxın ölkənin nümayəndə heyətinin iştirakı gözlənilir.

Bildirilir ki, İran rəsmilərinin açıqlamasına əsasən, vida və dəfn mərasimi iyulun 4-dən 9-dək davam edəcək. Plana uyğun olaraq, iyulun 4-6-da Tehranda vida mərasimi və cənazə yürüşü keçiriləcək.

Məlumata əsasən, iyulun 7-də Qum şəhərində dəfn yürüşü təşkil olunacaq. İyulun 8-də mərhumun cənazəsinin şiə müsəlmanların ziyarəti üçün İraqa göndərilməsi, iyulun 9-da isə doğulduğu Məşhəd şəhərində dəfn olunması nəzərdə tutulur.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən