Trampdan NATO-ya sərt mesaj: "Onlar bizim yanımızda olmayıblar"

 10:03 03.07.2026     168

ABŞ Prezidenti Donald Tramp NATO ölkələri ilə ABŞ arasındakı münasibətlərin qarşılıqlı faydalı olmadığını bildirib.

Redaktor.az xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkə hesabında paylaşım edib.

O qeyd edib ki, ABŞ-nin bu formada birtərəfli öhdəliklər götürməsi doğru deyil.

"ABŞ-nin münasibətləri qarşılıqlı faydalı olmadığı halda bu birtərəfli yolu davam etdirməsi absurddur. Onlar bizim yanımızda olmayıblar!" – deyə Tramp yazıb.

Ağ Ev paylaşımda NATO üzvü olan ölkələrin müdafiə xərclərini əks etdirən cədvəl də yayımlayıb. Məlumata görə, ABŞ-nin müdafiə xərcləri 999 milyard dollar təşkil edir və bu göstərici digər üzv dövlətlərin xərclərini xeyli üstələyir.

Siyahıda Böyük Britaniya 90,5 milyard dollarla ikinci, Fransa 66,5 milyard dollarla üçüncü, İtaliya 48,8 milyard dollarla dördüncü, Polşa isə 44,3 milyard dollarla beşinci yerdə qərarlaşıb.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən