Merz və Tramp NATO sammiti öncəsi mövqeləri razılaşdırıblar
Almaniya kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı aparıb və onu ABŞ-nin müstəqilliyinin 250 illiyi münasibətilə təbrik edib.
Redaktor.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius jurnalistlərə məlumat verib.
Onun sözlərinə görə, kansler Almanlar və amerikalılar arasında xüsusi əlaqəni vurğulayıb. Tərəflər NATO sammiti öncəsi mövqelərini uzlaşdırmaq üçün bu fürsətdən istifadə ediblər və dialoqu davam etdirmək barədə razılığa gəliblər.
Kornelius bildirib ki, kansler Almaniyanın Avro-Atlantik regionda təhlükəsizlik üçün daha çox məsuliyyət götürəcəyini qeyd edib. Onun sözlərinə görə, NATO daha çox Avropa yönümlü olacaq, lakin eyni zamanda transatlantik xarakterini də qoruyacaq.
Məlumata əsasən, tərəflər Ankarada keçiriləcək NATO sammiti zamanı danışıqları davam etdirməyə razılaşıblar.
Xədicə BAXIŞLI













