“Buzlaqlar çox ağır vəziyyətdədir” – İsveçrədən iqlim xəbərdarlığı

 22:11 03.07.2026     322

İsveçrə buzlaqlarında qar anomal istilər səbəbindən bir neçə həftə tez əridi.

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" elm adamlarına istinadən məlumat yayıb.

Məlumata görə, Avropada qeydə alınan kəskin istilər Alp dağlarına da təsir edib və bu, İsveçrə buzlaqlarında ərimə prosesini sürətləndirib. 29 iyunda İsveçrənin cənubunda yerləşən Ron buzlağında “buzlaqların ərimə günü” başlayıb. Bu mərhələ qış ərzində toplanan qarın əriməsi və buzlaqların aşağı qatlarının itirilməsi ilə xarakterizə olunur.

İsveçrənin buzlaqlar üzrə monitorinq proqramının direktoru Matthias Huss bildirib ki, bu il buzların tam əriməsi üçün hələ təxminən üç ay vaxt var, halbuki onların formalaşması onilliklər, hətta əsrlər çəkib.

Onun sözlərinə görə, hazırda buzlaqlar çox ağır vəziyyətdədir.

İyun ayının sonunda Avropanı əhatə edən güclü istilər tarixi temperatur rekordlarının yenilənməsinə səbəb olub. Bu istilər xüsusilə Fransa daxil olmaqla bir sıra ölkələrdə ölüm hallarının artmasına və ciddi iqlim fəsadlarına gətirib çıxarıb.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən