Netanyahu və Tramp ABŞ-də görüş keçirmək barədə razılığa GƏLDİLƏR

 22:32 03.07.2026     382

İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub. Tərəflər yaxın vaxtlarda ABŞ-də görüş keçirmək barədə razılığa gəliblər.

Redaktor.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin Ofisi məlumat yayıb.

Məlumata görə, Netanyahu telefon danışığı zamanı Trampı ABŞ-nin müstəqilliyinin 250 illiyi münasibətilə təbrik edib.

İsrail hökumətinin başçısı bildirib ki, ABŞ qlobal azadlığın təminatçısıdır və İsrail iki ölkə arasında mövcud olan sıx tərəfdaşlığı yüksək qiymətləndirir.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən