Müctəba Xameneinin atasının dəfnində iştirakına icazə VERİLMƏDİ

 15:48 04.07.2026     362

İranın hazırkı Ali Lideri Müctəba Xamenei rəsmilərə atası Əli Xameneinin dəfn mərasimində iştirak etmək istədiyini söyləsə də, təhlükəsizlik rəsmiləri bu fikri rədd ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə şənbə günü "New York Times" qəzeti İnqilab Keşikçilərinin iki üzvünə və dəfn mərasiminin planlaşdırılmasında iştirak edən bir şəxsə istinadən məlumat yayıb.

Məlumata görə, Müctəba Xamenei iyulun 9-da Məşhəddə keçiriləcək dəfn mərasimində iştirak etmək və atasının cənazəsi üzərində "ölülərin duasını oxumaq" niyyətindədir.

Bildirilir ki, təhlükəsizlik rəsmiləri İsrailin mərasim zamanı ona "sui-qəsd etməyə cəhd edə biləcəyi" və ya "hərəkətlərini gizləndiyi yerə qədər izləyə biləcəyi" narahatlıqları səbəbindən bu planı qəti şəkildə geri çeviriblər.

Qeyd edək ki, regionda gərginliyin pik həddə çatdığı bir vaxtda İranın yeni Ali Liderinin təhlükəsizliyi və gizli saxlanılan yeri ölkənin müdafiə strukturları üçün ən yüksək prioritet məsələ hesab olunur.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən