Venesuelada zəlzələ qurbanlarının SAYI

 09:26 05.07.2026     211

Venesuelada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 2954-ə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə parlamentin sədri Xorxe Rodriges məlumat verib.

Hadisə zamanı yaralananların sayı isə 16592-yə çatıb.

Qeyd edək ki, 24 iyunda Venesuelada dövlət bayramı ilə üst-üstə düşən zəlzələlər Karib dənizi sahili boyunca kurort ərazilərini viran qoyub.

Cəmi 39 saniyə ara ilə baş verən, 7,2 və 7,5 bal gücündə olan zəlzələlər ölkədə böyük dağıntıya səbəb olub.

Vumart və Güvən reklamı Vumart Güvən