Nyu-Yorkda atəşfəşanlıq zamanı məşhur körpü YANDI
ABŞ-nin Nyu-York şəhərində yerləşən məşhur Bruklin körpüsündə atəşfəşanlıq zamanı yanğın baş verib.
Redaktor.az bu barədə "The New York Times" (NYT) qəzetinə istinadən xəbər verir.
Hadisə ötən gecə ABŞ-nin Müstəqillik Gününün 250-ci ildönümü şərəfinə təşkil edilən atəşfəşanlıq zaman baş verib.
Alovun söndürülməsinə iki yanğınsöndürən maşın cəlb edilib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.













