Xameneinin dəfnində "ölüm" şüarları - FOTO

 10:34 05.07.2026     220

Tehranda keçirilən Ali Rəhbər Ayətullah Əli Xameneinin dəfn mərasimindən görüntülər yayılıb.

Redaktor.az xəbər verir ki, yayılan videolarda mərasim iştirakçılarının əllərində müxtəlif pankartlar tutaraq kəskin şüarlar səsləndirdiyi görünür.

Məlumata görə, izdiham ABŞ Prezidenti Donald Trampı və İsrailin Baş naziri Benyamin Netanyahunu hədəf alaraq, "Trampı öldürün" və "Netanyahunu öldürün" çağırışları edib.

Bildirilir ki, matəm mərasiminə toplaşan kütlə eyni zamanda Əli Xameneinin qisasının mütləq alınacağını bəyan edərək regionda onsuz da yüksək olan geosiyasi gərginliyi daha da alovlandırıb.

Aminə ŞAHSUVARQIZI

 

2
Vumart və Güvən reklamı Vumart Güvən