“Ermənistan üçün yeni Konstitusiya gündəlikdədir” - Paşinyan

 10:41 05.07.2026     216

Ermənistan üçün yeni Konstitusiyanın qəbul edilməsi parlament əksəriyyətinin gündəliyində qalmaqda davam edir.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə qeyd olunan Konstitusiya Günü münasibətilə vətəndaşlara ünvanladığı təbrik mesajında bildirib.

Paşinyanın qənaətinə görə, əsas qanun təkcə hüquqi qayda yaratmaqla kifayətlənməməli, həm də suverenliyin birbaşa daşıyıcısı olan xalqla üzvi əlaqəyə malik olmalıdır.

Baş nazir vurğulayıb ki, konstitusiya yalnız vətəndaşların iradəsinin azad ifadəsi əsasında qəbul edilməlidir və bu, dövlətin sabitliyi, eləcə də gələcək inkişafı üçün ən əsas şərtdir.

Hökumət başçısının sözlərinə görə, ölkə müstəqillik qazandıqdan sonra bu şərt əhəmiyyətli dərəcədə pozulub. Məhz bu səbəbdən vətəndaşlar qanun və qaydanın onlardan qaynaqlandığını yetərincə hiss edə bilməyiblər.

Paşinyan əlavə edib ki, sözügedən əlaqənin olmaması dövlətin uzun müddət vətəndaşlar tərəfindən öz təhlükəsizliyini, azadlığını və rifahını təmin etmək üçün sadəcə bir "alət" kimi qəbul edilməsinə yol açıb.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən