Müstəqillik Günündə Nyu-Yorkda dəhşətli atışma: 8 ölü
Müstəqillik Günündə Nyu-York şəhərində baş verən silahlı insident zamanı itkilərin sayı artıb.
Redaktor.az xəbər verir ki, bu barədə "New York Post" qəzeti öz mənbələrinə və polis məlumatlarına istinadən xəbər yayıb.
Qəzetin yazdığına görə, hadisə nəticəsində ölənlərin sayı artıq səkkizə çatıb.
Məqalədə vurğulanır: "Şənbə günü gecə Bruklində atəşfəşanlığı izləyərkən dördü uşaq da daxil olmaqla səkkiz nəfər güllələnib".
Qeyd olunur ki, silahlı hücum zamanı yaralananlar arasında dörd uşaq var. Hazırda xəsarət alanlardan yeddi nəfərin vəziyyəti stabil olaraq qalır, güllə yarası alan 21 yaşlı bir qadının vəziyyətinin isə ağır olduğu bildirilir.
Aminə ŞAHSUVARQIZI













